Ukrayna Prezidenti Volodimir Zelenski “sağlam düşüncə və normallıq zəmininə” qayıtmalıdır, əks halda Macarıstan Ukraynanın xeyrinə AB qərarlarını dəstəkləməyəcək.
Macarıstanın Baş naziri Viktor Orban bunu Avropa Komissiyasının sədri Ursula fon der Leyenə Facebook-da paylaşdığı məktubda bildirib.
“Prezident Zelenski sağlam düşüncə və normallıq zəmininə qayıdana qədər Ukrayna üçün faydalı olan heç bir qərarı dəstəkləməyəcəyik”, – deyə Orban bildirib.














