“Oskar” mükafatı alan “Parazit” filminin ulduzu özünə qəsd edib?backend

“Parazit” filminin ulduzu, zəngin bir ailənin başçısı rolunu oynayan Li Sun-Gyun vəfat edib.

48 yaşlı aktyor Seulda avtomobilində ölü tapılıb. Onun özünə qəsd etdiyi ehtimal olunur.

Hollivud ulduzunun evində intihar məktubu olub, lakin onun məzmunu hələ açıqlanmayıb.

Qeyd edək ki, Li Sun-Gyun əvvəllər qadağan olunmuş maddələrdən istifadə etməkdə şübhəli bilinirdi. Məhz buna görə aktyora Cənubi Koreyanı tərk etmək qadağan olunub.