Ötən həftə vəfat edən Rəmişin həyat yoldaşından gözlənilməz addımbackend

“Rəmişin qardaşı qızını övladlığa götürdüm”.

Bu sözləri Lent.az-a açıqlamasında mərhum Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) həyat yoldaşı Gülşən Hüsenyova (Gülü) deyib:

“Rəmişlə ailə quranda 23 yaşım var idi. Heç zaman övladım olsun deyə düşünmədim. Mən Rəmişi o qədər sevirdim ki, bala düşünmürdüm. Rəmişi sevirdim, yenə sevirəm, ölənə qədər də sevəcəyəm. Mən onu özümə övlad bilirdim. İndi Rəmiş yoxdur, onun qardaşı qızı Güneli övladlığa götürmüşəm. Elə körpəlikdən Günel mənim əlimdə böyüyüb. Günel artıq mənim övladımdır. Onu mən övlad kimi qəbul etmişəm”.