Özbəkistan gələcək miqrantlar üçün onlayn rus dili kurslarına başlayırbackend

Özbəkistan hakimiyyəti Rusiyada işləmək istəyənlər üçün rus dilini öyrənmək üçün onlayn kurslar açacaq.

Bu barədə Özbəkistanın Miqrasiya Agentliyi özünün rəsmi Telegram kanalında yazır.

“Miqrasiya Agentliyi Rusiyada işləyən və ya işləmək istəyən bütün həmvətənlərimizə rus dilini pulsuz öyrənmək imkanı təklif edir”, – deyə məlumatda bildirilir.

Hakimiyyət ilk dərsin yanvarın 27-nə təyin olunduğunu dəqiqləşdirir. Miqrasiya Agentliyi qeyd edir ki, kurslar bir ay ərzində iş icazəsi almaq üçün imtahana hazırlaşmaq imkanı verəcək.