Özbəkistan “Qazprom” korporasiyası ilə qaz tədarükü üçün orta və uzunmüddətli müqavilələr üzrə danışıqlara başlayıb. Bu barədə RİA Novosti ölkənin energetika naziri Jurabek Mirzəmaxmudova istinadən məlumat yayıb.
Qazprom bildirib ki, Rusiya qazının Qazaxıstan ərazisindən Özbəkistana tam ixracına 2023-cü ilin dördüncü rübündə başlanması planlaşdırılır. Mirzəmaxmudov və “Qazprom”un rəhbəri Aleksey Miller 2023-cü ilin iyununda belə bir müqavilə imzalayıblar.
Bundan əvvəl Rusiya, Özbəkistan və Qazaxıstan liderləri rəsmi olaraq Rusiya qazını Qazaxıstan ərazisindən Özbəkistana buraxıblar.
Mənbə: TASS