Özbəkistanda azyaşlının zorlanmasından sonra cinayət işi açılıb. Bu barədə Kun.uz məhkəmə sənədlərinə istinadən xəbər verir.
İşlə bağlı ilk insident Nəvai şəhərində baş verib. Mənbənin sözlərinə görə, qız həmin an lunaparkda işləyən gəncin yanına gəlib. Söhbətdən sonra məktəbli qızı attraksionun yanındakı zirzəmiyə apararaq zorlayıb. Bundan sonra daha üç gənc zirzəmiyə enib.
Daha sonra zərərçəkmiş naməlum ünvana aparılıb və bir neçə gün orada saxlanılıb. Eyni zamanda qız bir neçə dəfə təcavüzə məruz qalıb.
Mənbə: Kun.uz