Özbəkistanda “Nəsil Ağacı” filminin təqdimatı keçirilib – VİDEObackend

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin Qərbi azərbaycanlıların doğma torpaqlarına qayıdışı mövzusunda istehsal etdiyi “Nəsil ağacı” adlı sənədli filminin özbək dilində nümayişi baş tutub.

Mərkəzdə keçirilən təqdimatda Özbəkistanda yaşayan azərbaycanlılar, Qərbi Azərbaycan icmasının təmsilçiləri, qardaş ölkənin mədəniyyət, təhsil, ictimaiyyət xadimləri, universitetlərin tələbələri iştirak ediblər.

Filmin ssenari müəllifi Ayaz Mirzəyev, prodüseri Elnur Niftəliyev, rejissoru Zəka Quliyevdir. Filmin layihə rəhbəri və ssenari müəllifi Ayaz Mirzəyev Baku TV-yə açıqlamasında bildirib ki, “Nəsil ağac”ı filmində Qərbi Azərbaycan ailəsi haqqında müxtəlif hekayələrdən ibarət ekran işi yaratmaq istəyiblər.

“Nəsil ağacı” filmi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Vətənimizə qayıtmaq istəyirik” adlı sənədli film layihəsi çərçivəsində hazırlanıb.

Baku tv