Özbəkistanda ölkənin yeganə qanun oğrusu saxlanılıbbackend

Özbəkistanın yeganə qanun oğrusu, kriminal dairələrdə Daşkəndli Bəxti və ya Yeniabadlı Bəxti kimi tanınan 52 yaşlı Bəxtiyor Kudratullayev Daşkənddə saxlanılıb, Prime Crime xəbər verir.

Özbəkistan hüquq-mühafizə orqanlarının məlumatına görə, rəisin həbsi noyabrın 28-də baş tutub. Ümumilikdə, əməliyyat zamanı polis Özbəkistanın kriminal dünyasının 200-ə yaxın nümayəndəsini saxlayıb.

Əməliyyatçılar Kudratullayevdən başqa, “Saidaziz Medqorodok” kimi tanınan Səidəziz Saydəliyevi də yaxalaya biliblər. Nəşrin məlumatına görə, Səidəliyev və onun dörd yoldaşı müqavimət göstərsə də, sonda əsir düşüb.

Mənbə: A Haber