Ozon Kiprdən Rusiyaya “köçmək” istəyirbackend

Ozon bazarı şirkətin Kiprdən Rusiyaya redomisiliasiyası məsələsini səhmdarların səsverməsinə çıxarıb. Dekabrın 27-nə planlaşdırılan iclasda müzakirə mövzusu bu olacaq.

Bu barədə şirkətin rəsmi saytında məlumat verilib.

Qeyd olunur ki, səhmdarların iclasında “Ozon”un Kalininqrad vilayətindəki Oktyabrski adasındakı xüsusi inzibati rayonda ictimai səhmdar cəmiyyətinin (MKPAO Ozon) beynəlxalq şirkəti kimi qeydiyyata alınması məsələsinə baxılacaq.

Bundan əlavə, şirkətin mətbuat xidməti qeyd edib ki, son iki il yarım ərzində Ozon mövcud geosiyasi, tənzimləyici və iqtisadi şəraitdə uzunmüddətli perspektivdə davamlı inkişafı təmin etmək üçün müxtəlif variantları diqqətlə araşdırıb.

Əvvəllər bildirilmişdi ki, “Ozon”un keçmiş icraçı direktor müavini Aleksey Minayev “Wildberries”in strateji inkişaf direktoru olacaq.