Ozon şirkətinin ikinci əməkdaşı meningokok xəstəliyinə yoluxduqdan sonra dünyasını dəyişibbackend

Yekaterinburqda meningokok infeksiyasının epidemiyasının qeydə alındığı Ozon paylama mərkəzinin ikinci əməkdaşı öldü. Bu barədə Baza Telegram kanalı məlumat yayıb.

Daha əvvəl Sverdlovsk vilayətinin Səhiyyə Nazirliyi yoluxmuşlardan birinin öldüyü barədə məlumat vermişdi.

Baza-nın məlumatına görə, ölənlər arasında 21 yaşlı qız və 46 yaşlı kişi də var. Kanal qeyd edir ki, onlar bir gündən az vaxt ərzində dünyasını dəyişib.

 

Mənbə: Gazeta.ru