ABŞ-da 16 yaşlı yeniyetmə intihar etdi, bundan sonra valideynləri hadisədə OpenAI şirkətinin ChatGPT neyron şəbəkəsini günahlandırdılar.
NBC məhkəmə sənədlərinə istinadən xəbər verir ki, azyaşlının ailəsi bu təşkilata və onun rəhbəri Sem Altmana qarşı iddia qaldırıb.
San-Fransiskoda Kaliforniyanın ali məhkəməsində verilən iddiaya görə, yeniyetmə həyatının son həftələrində chatbot ilə aktiv şəkildə əlaqə saxlayıb. ChatGPT azyaşlı ilə dialoqu dayandırmadı və gənc intihar etmək planları barədə chatbot-a məlumat verəndə “təcili protokolu” aktivləşdirmədi.
Yeniyetmənin valideynləri OpenAI-ni ölümə səbəb olmaqda, chatbotdakı qüsurlarda və şirkətin məhsulunun istifadəsi ilə bağlı risklər barədə xəbərdarlıq etməməkdə ittiham edib.













