Pablo Pikassonun rəsm əsəri Monrealda boya ilə örtülübbackend

İyunun 19-da “Kanadanın Son Nəsil” hərəkatının fəalı Monreal Təsviri İncəsənət Muzeyində Pablo Pikassonun “L’htare” (1901) tablosuna çəhrayı boya ataraq vandalizm aktı törədib.

Bu barədə “Monreal Gazette” məlumat yayıb.

Vandal öz hərəkətini bununla izah edib ki, dövlət sənət əsərlərinin qorunmasına öz vətəndaşlarının ehtiyaclarından daha çox pul xərcləyir.

“İncəsənət insanlar sağ qaldıqda deyil, yalnız yaşadıqları zaman çiçəklənir. Meşə yanğınlarının tüğyan etdiyi Manitobada kimin növbəti Pikasso olmaq üçün indi vaxtı və enerjisi var? – fəal bildirib.

Gənc saxlanılıb, lakin sonradan məhkəməyə qədər sərbəst buraxılıb. Muzey nümayəndələri əmin ediblər ki, tablo şüşə ilə qorunduğu üçün zədələnməyib.