“Business Recorder” ekspert və diplomatik mənbələrə istinadən yazır ki, Pakistan 2026-cı ildə qrupun illik sammitində BRICS-ə qoşula bilər.
Mənbə qeyd edib ki, Pakistanın tamhüquqlu üzv kimi daxil olması iqtisadi tərəfdaşlığı daha da sürətləndirmək üçün yeni imkanlar pəncərəsi açacaq.
Ölkə 2023-cü ildə BRICS-ə qoşulmaq üçün ərizə təqdim edib.
BRİKS doqquz ölkənin birliyidir: Rusiya, Braziliya, Hindistan, Çin, Cənubi Afrika, İran, BƏƏ, Misir və Efiopiya. Təşkilat 2006-cı ilin iyununda Braziliya, Rusiya, Hindistan və Çinin iqtisadiyyat nazirliklərinin rəhbərlərinin iştirakı ilə Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda yaradılıb.