Pakistan Əfqanıstana qarşı hərbi əməliyyatların dayandırıldığını elan etdibackend

Pakistan hakimiyyəti Ramazan bayramı günlərində Əfqanıstana qarşı hərbi əməliyyatları dayandırmaq qərarına gəlib.

Pakistanın informasiya və yayım naziri Attaullah Tarar bu barədə X sosial media platformasında məlumat verib.

O bildirib ki, İslamabad bu qərarı “öz təşəbbüsü, eləcə də Səudiyyə Ərəbistanı, Qətər və Türkiyənin tələbi ilə” verib. Tarar bildirib ki, atəşkəs 18-19 mart gecəsi başlayacaq və 23-24 mart gecə yarısına qədər davam edəcək.