PTV dövlət telekanalı Pakistan silahlı qüvvələrinə istinadən xəbər verir ki, Pakistan ordusu Xayber-Paxtunxva əyalətində Pakistan sərhəd postlarına hücumdan sonra Əfqanıstandakı terrorçuların mövqelərinə zərbələr endirib.
Hərbçilərin məlumatına görə, oktyabrın 14-də axşam saatlarında “Taliban” və “Fitnə əl-Xəvaric” qruplaşmasının yaraqlıları Pakistanın Kurram agentliyindəki nəzarət-buraxılış məntəqələrinə səbəb olmadan atəş açıblar. Pakistan ordusunun cavab əməliyyatı zamanı bir nəzarət-buraxılış məntəqəsi və bir tank atəşi mövqeyi məhv edilib. Qarşıdurmalarda yüksək rütbəli Fitnə əl-Xəvaric komandiri də öldürülüb.