Pakistanda bir nəfərin “beyin yeyən” amöbaya yoluxduğu bildirilir

Pakistanın Lahor şəhərində 30 yaşlı Mustafa Şəfik Naegleria fowleri adlı amöbaya yoluxub.

Bu barədə Pakistan Observer səhiyyə orqanlarına istinadən yazır.

Bazar günü qripə bənzər əlamətlər, yüksək hərarət və baş ağrısı olan bir kişinin tibb müəssisəsinə yerləşdirildiyi dəqiqləşdirilir. Ertəsi gün testlər “beyin yeyən” amöba kimi tanınan Naegleria fowleri-nin varlığını təsdiqlədi. Xəstə dünyasını dəyişib.

Həmçinin, qəzetin məlumatına görə, bu, Lahorda bu infeksiyaya ilk yoluxma, ölkədə isə dördüncü haldır.

Martın 19-da ABŞ-da bir kişinin “beyin yeyən” amöbaya yoluxduqdan sonra öldüyü bildirilir. Mikrob krandan su ilə kişinin bədəninə daxil olub. Çox güman ki, amöba kişi üzünü yuyanda və ya sinuslarını yaxalamaq üçün krandan su istifadə edərkən onun burnuna dəyib. Florida Səhiyyə Departamentinin nümayəndələri qeyd ediblər ki, Naegleria fowleri insanlara yalnız burun yolu ilə yoluxa bilər və insan krandan su içməklə amöbaya yoluxa bilməz.

Mənbə: Reuters

Oxşar xəbərlər