Pakistanın energetika naziri “Pakistan axını”nın perspektivlərindən danışıbbackend

“Pakistan axını” qaz kəməri layihəsində Hindistan yarımadasının ölkələri iştirak edə bilər.

Bu barədə TASS-a müsahibəsində Pakistanın Energetika Nazirliyinin rəhbəri Avays Leqari bildirib.

O qeyd edib ki, layihənin hazırlanması zamanı xeyli sayda məsələ həll olunmalıdır. Xüsusilə, regionun hansı ölkələrinin “Pakistan axını”na qoşulacağı və Pakistanın qaz kəmərinin son nöqtəsi olub-olmayacağı. Nazir vurğulayıb ki, layihənin bu əsas aspektləri hələ də müzakirə olunur.

Leqari belə bir qənaətə gəlib ki, indiki mərhələdə qaz kəmərinin maliyyələşdirilməsi və tikintisinin vaxtı ilə bağlı dəqiq proqnoz vermək hələlik mümkün deyil.

Hələ 2015-ci ilin oktyabrında Rusiya və Pakistan arasında uzunluğu təxminən 1,1 min km olan və ildə 12,4 milyard kubmetr qaz ötürmə qabiliyyətinə malik qaz kəmərinin tikintisinə dair hökumətlərarası saziş imzalanıb, onun tikintisi üçün son müddət bir neçə dəfə təxirə salınıb.