Pakistanın iri şəhərləri işıqsız qaldıbackend

Pakistan ərazisində elektrik enerjisi kəsilib.

Milli şəbəkədə gərginliyin artmasından sonra səhər saatlarında elektrik enerjisi verilişi dayanıb.

Yerli vaxtla səhər saat 7:30 radələrində Pakistanın bir neçə şəhəri, o cümlədən Kəraçi, Lahor, İslamabad və Kvettada elektrik naqillərində nasazlıq səbəbindən böyük elektrik qəzası baş verib.

Bəlucistanı elektrik enerjisi ilə təmin edən bütün ötürücü xətlər sıradan çıxıb. Şəhərin müxtəlif yerlərində çoxsaylı fasilələr qeydə alınıb.

Pakistan hökuməti elektrik enerjisinin verilməsi istiqamətində bərpa işləri aparır.

Mənbə: Geo News