Pambıqçılıqda yeni innovativ texnologiyalardan istifadə edirik – Prime Cottonbackend

Prime Cotton şirkəti uzun illərdi kənd təsərrüfatəmda torpağın sağlamlaşdırılması, karbon emisiyasının aşağı salınması istiqamətində bir çox işləri görür. Bunun üçün dünyanın aparıcı texnologiyalarında istifadə edir. Eyni zaman COP29-da uğurla təmsil olunuruq.

Bu barədə jurnalistlərə açıqlamasında Prime Cotton şirkətinin kommersiya direktoru Tural Əlizadə deyib.

O bildirib ki, şirkət COP29-un tekstil partnyorudur. Bu illər ərzində əldə etdiyimiz uğurları ziyarətçilərlə bölüşürük. Burada iştirak edən beynəlxalq təşkilatlarla müxtəlif görüşlər keçiririk, onların təcrübələrini öyrənirik. Bundan başqa bizim şirkət COP29-un tekstil partnyorudur.

Qeyd edim ki, COP29 konfransının əməkdaşları üçün polo, qısaqol köynək, klassik köynək, ekoçanta və şalvar məhsulları istehsal edilib. Ümumilikdə isə COP komandası üçün 50 min ədəddən çox geyim istehsal edilib. Burada xüsusi vurğulamaq istərdim ki, bu geyimlərin hazırlanmasında yerli pambıqdan və innovativ texnologiyalardan istifadə edilib. Bununlada biz COP29 tədbirinə böyük dəstəyimizi nümayiş etdirmişik. Şirkətimiz COP29-un qarşıya qoyduğu hədəflərə uyğun fəaliyyət göstərir. Belə ki, bu hədəflər dayanıqlılığı təşviq etmək, ekoloji təsirləri minimuma endirmək və inkluzivlik və əlçatanlığı tərənnüm etməklə iqlim fəaliyyətində ictimai iştirakı artırmaqdır. Bildiyiniz kimi COP-un əsas hədəflərindən biri də dayanıqlılıq məqsədlərinə doğru irəliləyərkən, əldə olunan inkişaf barədə müntəzəm hesabatlar verərək qərarların qəbul edilməsi proseslərində şəffaflığı, eləcə də üzərimizə götürdüyümüz öhdəliklərə görə hesabatlılıq hissini qoruyub saxlamaqdan ibardətdir.

Qeyd etdiyimiz ki, Prime Cotton tərəfindən aqrar sahənin inkişafı ilə bağlı bir çox işlər görülür. Belə ki, torpağın düzləşdirilməsi, məhv olmuş torpaqların yenidən əkinə cəlb edilməsi və s aqtotexniki işlər şirkətimiz tərəfindən müasir üsullarla aparılır. Ən müasir avadanlıqlarla torpağın düzləşdirilməsi işləri aparılır.
Şirkət tərəfindən bu sahənin inkişafı ilə bağlı innovativ addımlar atılır. Belə ki, pivot suvarma sistemləri altında pambıq becərilir. Pambığın becərilməsində müsair suvarma sistemlərindən istifadə suvarma suyuna qənaət etməklə yanaşı, yüksək məhsuldarlığı da təmin etmiş olur. Ötən ildən başlayaraq müqavilə əsasında əməkdaşlıq edən fermerlərin təsərrüfatlarında becərmədən öncə sahələrdə lazer hamarlanması işləri həyata keçirilib. Hamarlanmış sahələrdə səth suvarma işləri xeyli asanlaşıb, suvarmaya sərf olunan vaxt əvvəlki illərlə müqayisədə dəfələrlə azalıb. Bu isə həm əmək resurslarına, həm də suvarma suyuna qənaət etməyə imkan verib. Bu təcrübənin daha geniş sahələrdə tətbiqi istiqamətində işlər davam etdirilir.
Burada xüsusi vurğulamaq istərdim ki, şirkətimiz tərəfindən karbon emissiyasının azaldılması istiqamətində də mühüm işlər həyata keçirilir. Bildiyiniz kimi Karbon emissiyası dünya üzrə ən böyük ekoloji və sosial problemlərdən biridir. Azərbaycan da sıfır karbon emissiyası hədəfini qarşısına qoyub. Bu, yalnız ekoloji tarazlığın qorunması üçün deyil, həm də iqtisadi inkişaf və enerji təhlükəsizliyi baxımından əhəmiyyətlidir. Dünya ortalamasını götürsək Prime Cotton-nun nəticəsi 12 faiz aşağıdır. Bu ərazidən pambığın yığılması dövrünə aiddir. Artıq məhsullar emala gəldiyi zaman ordakı emissiyanın göstəricisi dünya göstəricisindən 0.5 faiz aşağıdır. Bizdə 1 kq mahlıca istifadə olunan pambıq kütləsi daha çoxdur. Bu 2.35 kq-dır. Dünyada isə bu 2.08 kq-dır. Ona görə də bura görüləsi bir sıra işlər var. Hazırda bununla bağlı bir çox layihələrimiz nəzərdə tutulmuşdur. Layihələrimizdən biri emalda istifadə olunan avadanlıqların müasirləşdiriıməsi və mərkəzləşdirilməsidir. Bunun nəticəsində sadalanan problemlər aradan qalxacaq.
Bundan başqa beynəlxalq sertifikatların alınması da bizim üçün yeni bazarların açılmasına şərait yaradır. Bu sertifikatları almaq üçün beynəlxalq qurumların xüsusi tələbləri olur. Əgər həmin tələblər vaxtında və düzgün qaydada yerinə yetirilərsə onlar tərəfindən sertifikatlar verilir. Bu sertifikatlar nəticələri yüksək olmuş, dayanıqlılıq olan şirkətlərə verilir. Ona görə də beynəlxalq sertifikatların əldə edilməsi bizim çox vacib şərtlərdən biridir.
Qeyd edim ki, şirkətimiz sosial məsələlərə də böyük önəm verir.Biz 7000-ə yaxın fermerlə əməkdaşlıq edirik. Fermerləri ən yeni texnologiylarla tanış edirik. Toxum sortlarının verilməsində, becərilməsində, məhsul yığımında biz fermerlərin yanındayıq və lazimi dəstəyi veririk. Biz fermerlərimizə son nailiyyətlərimizlə bağlı mütamadi məlumatlar veririk, eyni zamanda onları müxtəlif təlimlərə cəlb edirik. Burada əsas məqsəd fermerlər müasir tələbləri görsünlər və ona uyğun işlərini qura bilsinlər. Ümumiyyətlə isə bildirib ki, şirkət tərəfindən reginlarda müxtəlif sosial tədbirlər keçirilir. Bu tədbirlər həm fermerlərin maarifləndirilməsi, həm də onların övladlarını əhatə edir. Fermer övladları üçün müxtəlif intellektual yarışlar, yaz düşərgələri təşkil edilir. Bundan başqa tələbə olanların təhsil xərcləri qarşılanır. Eyni zamanda şəhid və qazi ailələri də hər zaman şirkətin diqqət mərkəzindədir. Qeyd olunan sosial xarakterli tədbirlər davam etdirilir və bundan sonrakı dövrlərdə də davam etdiriləcəkdir.

Xüsusi ilə qeyd etmək istərdim ki, bizim pambıq sahələrindən ümumiyyətlə uşaq əməyindən istifadə olunmur. Bizdə 90 faiz müasir avadanlıqlarla becərilir və yığılır. 10 faizə yaxın isə əl ilə yığılır. Çünki elə sahələr var ki, orada yalnız əli ilə yığımı mümkündür.
Pambıqçılıqda istehsal və məhsuldarlıq göstəricilərinin artımı məhz istehsal üsullarının intensivləşdirilməsi, müasir texnologiyaların bu sahəyə tətbiq olunmasından irəli gəlir. Beynəlxalq təcrübəyə əsaslanan müasir suvarma üsullarının, o cümlədən pivot suvarma sistemlərinin tətbiq edildiyi təqribən min hektarlarla pambıqçılıq sahələrindən effektiv nəticələr əldə olunmuşdur. Qeyd etdiyimiz kimi son illər ərzində pambıq əkinlərinin becərilməsində innovativ texnologiyalardan və yüksək reproduktiv pambıq toxumlarından istifadə genişlənmiş, müasir əkin üsullarından istifadə edilməklə, xarici texnologiyalarının tətbiqi ilə bu sahədə xeyli irəliləyişlər əldə edilmişdir.