“Panda Kids”in və “Port Baku” da rezidens sahibi Elgin Həbibullayev rüşvətxorluqda ittiham olunurbackend

Jurnalist-araşdırmaçı Fərid Abdinov Bakı şəhər icra hakimiyyətinin aparat rəhbəri Elgin Həbibullayev haqqında paylaşım edib.\

İctimai.az-ın Pravda.az-a istinadən xəbərinə görə, paylaşımda qeyd olunur ki, Elgün Həbibullayevin tək ‘Panda Kids’i və mənzilinin dəyəri 2 milyon manatdan çoxdur: “Elgün Həbibullayev Bakı şəhər icra hakimiyyətinin aparat rəhbəri vəzifəsində çalışır. Bundan əvvəl də hazırda Bakı meri olan Eldar Əzizovun komandasında Gəncə və Sumqayıt şəhərlərində  işləyib  E. Həbibullayev “Panda Kids” mağazalar şəbəkəsinin də sahibidir. “Port Baku” yaşayış kompleksində yaşayır. “Panda Kids” mağazaları və yaşadığı ev ilə birlikdə ümumi əmlakının qiyməti 2 milyon AZN-dən çoxdur. Qeyd edim ki, Bakı şəhər meriyasında ən yüksək əmək haqqı Eldar Əzizov alır. 1925 AZN. Aparat rəhbərinin evinin ortalama  qiyməti  merin aldığı maaşdan 300 dəfə çoxdur.”

İctimai.az