“Pandemiya dövründə gənclər və idman siyasəti” adlı vebinar keçirilib – Fotolarbackend

“Gənclər və ünsiyyət” silsilə onlayn görüşləri çərçivəsində “Pandemiya dövründə gənclər və idman siyasəti” adlı vebinar keçirilib.

12 iyun 2020-ci il tarixdə Nərimanov Rayon İcra Hakimiyyətinin, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin və Nərimanov Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Gənclər və ünsiyyət” silsilə onlayn görüşləri çərçivəsində “Pandemiya dövründə gənclər və idman siyasəti ” adlı vebinar keçirilmişdir.
Vebinarda Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Qaradağ Rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev, Azərbaycan Kooperasiya Universitetinin Mətbuat və İctimai İşlər Xidmətinin rəhbəri, Nərimanov Bələdiyyəsinin komissiya sədri Tamerlan Əkbərov, Nərimanov Bələdiyyəsinin sədr müavini Vüsal Cəfərli, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Xaçmaz nümayəndəliyinin direktoru Rəsul Həşimov, Azərbaycan Tələbə-Gənclər Təşkilatları İttifaqının əməkdaşı Şəfiqə Hənifəyeva, “Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi “İctimai Birliyinin “Regionlarla İş” şöbəsinin rəhbəri Ümidə Rəhimova, “Odlar Yurdu” Universitetinin Tələbə Elmi Cəmiyyətinin sədri Arzu Cəfərzadə, Azərbaycan Turizm və Menecment Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri Rəşid Məmmədov, “Odlar Yurdu” Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri Gülbəniz Cəfərova, “Bakı Avrasiya” Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri Sübhan İsmayılov və fəal gənclər iştirak etmişlər.
Görüşün məqsədi “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrası, könüllülük fəaliyyətini gənclər arasında təbliğ edilməsi, müasir informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadəsi, könüllülük hərəkatının inkişafı, gənclərin fiziki inkişaf səviyyəsinin yüksəldilməsi, onların fiziki sağlamlıqlarının möhkəmləndirilməsi, inkişaf etdirilməsi və pandemiya dövründə ev şəraitində müntəzəm olaraq idman məşğələlərinə cəlb olunması istiqamətində müzakirələrin aparılması, bədən tərbiyəsi və idmanın təbliği işlərinin daha da genişləndirilməsi, gənclərin asudə vaxtının səmərəli təşkil edilməsi, onları maraqlandıran sualların cavablandırılması olmuşdur.
Onlayn konfransı giriş sözü ilə açan Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov qonaqları və iştirakçıları salamladı və əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin hazırda Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam və inkişaf etdirilməsi nəticəsində əldə olunan nailiyyətlərdən söhbət açıb. Diqqətə çatdırıb ki, ölkəmizdə bu sahədə qəbul olunan Dövlət proqramlarının yaratdığı imkanlardan bütün gənclərimiz bəhrələnirlər. Bu mühüm və çoxşaxəli proqramlarda vətənpərvərlik, azərbaycançılıq məfkurəsi, gənclərin beynəlxalq inteqrasiyası və dünyagörüşünün artırılması və s. məsələlər xüsusilə diqqət mərkəzində saxlanılır.
Vebinarda çıxış edən Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov və Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova qeyd etdilər ki, hazırda gənclər siyasəti dövlətimizin sosial-siyasət kursunun və insan kapitalının inkişafı prosesinin əsas istiqamətlərindən biridir. Ulu öndərin milli dövlətçilik irsini bu sahədə də uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev iqtisadi və hərbi qüdrəti, siyasi nüfuzu regional və qlobal miqyasda davamlı olaraq artan respublikamızda gənclərin hərtərəfli inkişafı üçün mühüm addımlar atır. Onların intellektual və innovativ yaradıcılq potensialının reallaşmasına şərait yaradan, ictimai təşəbbüslərini dəstəkləyən lazımi qərarlar qəbul edir. Son illərdə ardıcıllıqla qəbul edilmiş və hazırda uğurla həyata keçirilməkdə olan «Azərbaycan gənclərinin inkişaf strategiyası (2015-2025-ci illər)», «Azərbaycan gəncliyi 2017-2021-ci illərdə» Dövlət Proqramı gənclərin yaradıcı innovativ potensialının üzə çıxarılmasına, azərbaycançılıq və dövlətçilik prinsipi əsasında tərbiyəsinə, onlar arasında milli-dini dözümlülük, sülhsevərlik, humanizm dəyərlərinin təbliğinə, sağlamlığının qorunmasına, təhsil və məşğulluq məsələlərinə, qərarların qəbulu prosesində iştirakının artırılması və s. məsələlərə yeni imkanlar yaradır.
Çıxış edən vebinar iştirakçıları pandemiya dövrü üçün müxtəlif təkliflər səsləndiriblər, gənclərin fiziki inkişaf səviyyəsinin yüksəldilməsi, onların fiziki sağlamlıqlarının möhkəmləndirilməsi, inkişaf etdirilməsi, bədən tərbiyəsi və idmanın təbliği işlərinin daha da genişləndirilməsi, gənclərin asudə vaxtlarının səmərəli təşkil edilməsi və pandemiya dövründə ev şəraitində müntəzəm idman məşğələlərinə cəlb olunması istiqamətində müzakirələr aparıblar. Çıxışlarda “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrası ilə bağlı aparılan ictimai müzakirələrdə gənclər təşkilatlarının nümayəndələrinin fəal iştirakının önəmi qeyd olunub.

İctimai.az