Yunanıstanın PAOK klubunun azarkeşləri Avropa Liqasının birinci turunda Təl-Əviv “Makkabi”si ilə oyunda Fələstini dəstəkləyən pankartlar nümayiş etdiriblər.
Bannerlərdə “Soyqırımı dayandırın” və “İsrailə qırmızı vərəqə göstərin” kimi mesajlar olub. Saloniki klubunun azarkeşləri də tribunalarda Fələstin bayraqlarını nümayiş etdiriblər.
PAOK – “Makkabi Təl-Əviv” matçı qolsuz bərabərliklə yekunlaşıb.