PAOK azarkeşləri İsraillə münaqişədə Fələstini dəstəkləyib

Yunanıstanın PAOK klubunun azarkeşləri Avropa Liqasının birinci turunda Təl-Əviv “Makkabi”si ilə oyunda Fələstini dəstəkləyən pankartlar nümayiş etdiriblər.

Bannerlərdə “Soyqırımı dayandırın” və “İsrailə qırmızı vərəqə göstərin” kimi mesajlar olub. Saloniki klubunun azarkeşləri də tribunalarda Fələstin bayraqlarını nümayiş etdiriblər.

PAOK – “Makkabi Təl-Əviv” matçı qolsuz bərabərliklə yekunlaşıb.

Oxşar xəbərlər