Papa Sudanda döyüşlərə və zorakılığa son qoymağa çağırıb

Roma Papası Fransisk Sudanda şiddətli döyüşlərə son qoymağa çağırıb. Onun sözlərini RİA Novosti yayıb.

“Mən zorakılığın tezliklə dayandırılmasına və dialoq yolunun bərpasına çağırıram” dedi pontifik bazar günü xütbəsinin sonunda.

Onun sözlərinə görə, ölkədə vəziyyət ağır olmaqda davam edir.

“Hər kəsi sudanlı qardaş və bacılarımız üçün dua etməyə dəvət edirəm” dedi Papa.

Oxşar xəbərlər