Fransa ABŞ prezidenti Donald Trampın Amerika silahlarının Avropa ölkələri hesabına köçürülməsi ideyasını dəstəkləməyəcək.
Bu barədə “Politico” mənbələrə istinadən yazır.
Nəşr qeyd edir ki, Fransa prezidenti Emmanuel Makron uzun müddətdir ki, avropalıların avropalı istehsalçılardan silah almaqla öz müdafiə istehsalına sərmayə qoymasını müdafiə edib.
“Paris bu səbəbdən ABŞ silahlarının alınması təşəbbüsünə qoşulmayacaq”, – məqalədə izah edilir.