Parisin mərkəzindəki Rue Saint-Dominique küçəsində Vətənpərvərlər partiyasının təşkil etdiyi etiraz aksiyasında iştirakçılar Avropa İttifaqının bayrağını cırıblar.
Bu barədə TASS-ın müxbiri məlumat yayıb.
Partiya lideri Florian Filippot Fransanı 2025-ci ilə qədər Aİ və NATO-dan çıxmağa çağıraraq, respublikanın və bu təşkilatların maraqlarının bir araya sığmadığını bəyan edib.
“2025-ci il Fransanın nəhayət Avropa Birliyi və NATO-dan çıxacağı il olmalıdır, çünki onun bu təşkilatlarla eyni yolu yoxdur”, – deyə lider Filippo bildirib.