Partiyada keçirilən seçkilər dava ilə nəticələnibbackend

Bu gün Ana Vətən Partiyasının (AVP) növbəti qurultayı keçirilib.

İctimai.az Demokrat.az-a istinadla xəbər verir ki, qurultayda AVP-nin sədri Fəzail Ağamalı ilə sədrliyə namizəd olan oğlu Elçin Ağamalı arasında yaşanan qalmaqal əlbəyaxa dava həddinə çatıb.

Fəzail Ağamalı sədrliyə oğlunu deyil, deputat qızı Günay Ağamalını gətirmək istədiyi üçün qurultayın işinə fasilə verərək, üzvləri zaldan çıxarmaq istəyib. Bu zaman tərəflər arasında mübahisə daha da qızışıb və Elçin Ağamalı tərəfdarlarının say çoxluğu ilə AVP-yə yeni sədr seçilib.

Faktı Elçin Ağamalı da təsdiq edib:

“Atamın mənimlə bacım arasında niyə fərq qoyduğunu hələ də anlamıram. Atam mənim 30 illik siyasi fəaliyyətimi yerə vurur. Amma buna baxmayaraq, mən sədr seçiləndən sonra Günay Ağamalını özümə müavin təyin etməyi düşünürdüm”.