İyulun 31-də keçirilən Konfrans Liqası matçında “Partizan” azarkeşləri Ukraynanın “Oleksandriya” klubunun futbolçularına “Qaraçılar, qaraçılar” şüarları səsləndiriblər.
Bu barədə “Çempionat” Teleqraf.rs-a istinadən xəbər verir.
Ukrayna klubunun futbolçularından biri “Partizan”ın futbolçusunu itələyərək otluğa yıxılanda azarkeşlər “Qaraçılar” şüarları səsləndiriblər. Bundan sonra meydançada atışma baş verib. “Partizan” azarkeşləri Moskva CSKA və ruslarla qardaşlıq haqqında mahnı da oxuyublar. Sonda ingilis dilində NATO-nu təhqir edən şüar da səsləndirilib.
İki oyunluq qarşılaşmadan sonra 6:0 hesabı ilə qalib gələn “Partizan” növbəti seçmə mərhələdə Şotlandiyanın “Hibernian”ı ilə qarşılaşacaq.