“PAŞA Bank” 2024-cü il üzrə maliyyə nəticələrini açıqlayıbbackend

Azərbaycanın aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” 2024-cü il üzrə maliyyə nəticələrini mətbuat konfransında açıqladı.

İctimai.az xəbər verir ki, 10 iyun tarixində keçirilən tədbirdə spiker qismində Bankın İdarə Heyətinin sədri Cavid Quliyev, İdarə Heyətinin üzvü, Baş Maliyyə İnzibatçısı Murad Süleymanov, İdarə Heyətinin üzvü, Baş risk inzibatçısı Pərvin Əhmədzadə və Marketinq departamentinin direktoru Zara İbrahimzadə çıxış etdilər.

Mətbuat konfransında Bankın maliyyə sektorunda qeyd edilən dövr üzrə əldə etdiyi nailiyyətlər və qarşıya qoyulan hədəflər barədə məlumat verildi.