Bu gün “PAŞA Bank”ın cari ilin yarımilinə dair maliyyə nəticələrinin açıqlandığı mətbuat konfransı keçirilib.
İctimai.az xəbər verir ki, konfransda “PAŞA Bank”ın idarə heyəti sədrinin müavini Bəhruz Nağıyev, idarə heyətinin üzvü və baş maliyyə inzibatçısı Murad Süleymanov, komplayns və idarəetmə blokunun baş direktoru Anar Kərimov çıxış edərək mətbuat nümayəndələrini maraqlandıran məqamlara aydınlıq gətirdilər.