Paşinyan: “İstənilən vaxt Azərbaycanla regional kommunikasiyaları açmağa hazırıq”backend

Soçidə Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş start götürüb.

Bu barədə Vesti.ru məlumat yayıb.

“Bakı və İrəvan arasında problem artıq uzun illərdir davam edir, nə vaxtsa buna son qoymaq lazımdır. Bilirəm ki, sizin bunun üçün siyasi iradəniz var. Biz bunu dəstəkləyirik. Nəqliyyat kommunikasiyalarının açılması həmçinin iqtisadiyyat və sosial sahənin inkişafı ilə əlaqədardır. Ən önəmlisi – sülhü təmin etmək və inkişaf üçün şərait yaratmaqdır. Ermənistan bizim strateji müttəfiqimizdir.

Bu bizim üçün xüsusi vəziyyətdir. Üçtərəfli görüşdə hansısa razılaşmaların əldə ediləcəyinə ümidvaram”, – deyə görüşdə V.Putin bildirib.

Öz növbəsində görüşdə Nikol Paşinyan bildirib ki, Qarabağ məsələsində Ermənistanla Azərbaycan arasında münasibətlərin qurulması üzrə Rusiya layihəsinin təklif etdiyi yanaşma İrəvan üçün qəbulediləndir.

“Delimitasiya üzrə işlərin başlanmasından əvvəl iki ölkənin sərhədində təhlükəsizliyin artırılması lazımdır”, – deyə N.Paşinyan bildirib.