Mərhum aktyor Pol Uokerin qızı Medou Uoker İnstaqramda Sürətli və Qəzəbli 10 filmində kamo rolunu oynayacağı xəbərini paylaşıb.
Aktyorun varisi çəkilişdən foto nümayiş etdirib və layihədə iştirakdan danışıb. “İlk Fast & Furious bir yaşım olanda çıxdı! Mən ekranda atam Vin Dizel, Jordana Brewster, Mişel Rodriguez, Ludacris və başqalarını seyr edərək, çəkiliş meydançasında böyüdüm. Atamın sayəsində Sürətli və Qəzəbli ailəsində doğulmuşam. İndi mən də orada olacağıma inana bilmirəm. Mənim böyüdüyümü görənlərin hamısına”, – Uoker şəxsi bloqunda yazıb.
Sürətli və Qəzəbli 10-un rejissoru Louis Leterrier daha əvvəl döyüş filmində Brayan O’Konnor obrazının olduğu səhnələrin olduğuna işarə etmişdi. O’Konnor obrazını 2013-cü ildə avtomobil qəzasında dünyasını dəyişən Pol Uoker canlandırıb. Sürətli və Qəzəbli 10 filmi keçmiş və indiki zaman xəttinə bölünür. Brayanı keçmişdə görəcəksən, amma indiki zamanda görməyəcəksən. Düşünürəm ki, hamı bu qərarla razılaşacaq”, – Leteryer bildirib.














