Paytaxtda uzun tıxac yarandı – FOTO/VİDEObackend

Paytaxtın bəzi yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb.

Oxu.Az-ın məlumatına görə, Yusif Səfərov küçəsində avtomobillərin hərəkəti demək olar ki, dayanıb.

Eyni zamanda səhər saatlarından etibarən Bakı-Sumqayıt yolunda böyük tıxac yaranıb. Xırdalan dairəsindən başlayan tıxac Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun Bakı Beynəlxalq Avtovağzalına qədər davam edir.

Sıxlığın səbəbi məlum deyil.