Paytaxtda yol polisini maşın vurdubackend

Bu gün Neftçilər prospektində yol hərəkətini tənzimləyən polisi maşın vurub.

Oxu.Az-ın məlumatına görə, Ramin Ağamalıyev ərazidə xidmət apararkən hərəkətdə olan maşın onu vurub. Xəsarət alan polis xəstəxanaya yerləşdirilib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Oxu.Az-a açıqlamasında bildirib ki, faktla bağlı araşdırma aparılır:

“Baş verən hadisə zamanı yaralanan polis əməkdaşı hospitala yerləşdirilib”.