Paytaxt sakini gecə saat 12-dən sonra smart dayanacağın bağlı olmasından şikayət edib.
Oxu.Az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə paylaşım edilib.
O, qeyd edib ki, gecə saat 12-dən sonra Azadlıq prospektində AYNA-ya məxsus dayanacaq bağlı olub. Dayanacağa bitişik köşkün satıcısından onun qapısını açmağı istəsə də, satıcıdan rədd cavabı alıb.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanladıq.
Qurum rəsmisi dayanacağın gecə saat 12-dən sonra bağlanması faktını təsdiqləyib.
Bildirilib ki, təhlükəsizlik baxımından, eləcə də infrastrukturun və səliqə-səhmanın qorunması məqsədilə smart dayanacaqlar avtobusların fəaliyyəti dayandırıldıqdan sonra bağlanır”.