Pekin iki Avropa bankına qarşı sanksiyalar tətbiq edibbackend

Çin hakimiyyəti anti-Rusiya sanksiyalarına cavab tədbiri olaraq Aİ-nin iki maliyyə institutuna məhdudiyyətlər qoyub.

Qeyd olunur ki, əks tədbirlər iki Avropa bankına – UAB Urbo Bankas və AB Mano Bankas-a şamil edilir.

Nəticədə, Çin təşkilatları və fiziki şəxsləri Avropa Birliyinin qeyd olunan maliyyə institutları ilə əməliyyatlar həyata keçirə və əməkdaşlığı təşviq edə bilməyəcəklər.

Bəyanatda qeyd edilir ki, daha əvvəl Avropa İttifaqı Rusiyaya qarşı 18-ci sanksiyalar paketini təsdiqləyib və bu, xüsusilə iki Çin bankına – Suifenhe Rural Commercial Bank və Heihe Rural Commercial Banka təsir edib. Aİ-nin hərəkətlərinə cavab olaraq Çin tərəfi cavab sanksiyaları tətbiq etmək qərarına gəlib.