Pekin leysan yağışlar səbəbindən fövqəladə vəziyyət elan edibbackend

Çinin Su Ehtiyatları Nazirliyi Pekində daşqın təhlükəsi ilə bağlı fövqəladə reaksiya verib.

Bu barədə Sinxua agentliyi məlumat yayıb.

Səbəb iyulun 24-də paytaxta yağan güclü yağış olub. Şimal-şərqdəki Miyun su anbarı 1964-cü ildə tikildiyi vaxtdan bəri ən yüksək su axınını qeydə alıb.

Agentlik yerli hakimiyyət orqanlarından daşqınla bağlı vəziyyətə nəzarəti gücləndirməyi və təhlükələr barədə əhalini operativ məlumatlandırmağı tələb edib.