Pekin Tokionu NATO ilə əməkdaşlığa qarşı xəbərdar edir

Çin Xalq Respublikasının Tokiodakı səfirliyi Yaponiyanı NATO ilə qarşılıqlı fəaliyyətdən çəkindirib. Bu barədə Çinin Yaponiyadakı səfirliyinin saytında məlumat verilib.

Çin Tokio ilə Şimali Atlantika Alyansı arasındakı sıx münasibətdən narazıdır. Pekin Yaponiya hökumətinin tarixin dərslərini nəzərə alacağına və region dövlətləri arasında qarşılıqlı etimadı və regional sabitliyə xələl gətirən addımlar atmayacağına ümid etdiyini bildirib.

Səfirlik qeyd edib ki, NATO Asiya-Sakit Okean regionunun işlərinə qarışmağa çalışır ki, bu da orada blok qarşıdurmasına gətirib çıxara bilər. Diplomatik nümayəndəlik qeyd edib ki, Vilnüsdə bu yaxınlarda başa çatan sammitdə Şimali Atlantika Alyansı növbəti dəfə Çinlə bağlı məsələlərdə gərginliyi artırmaqla məşğul olub, bununla da qarşıdurma yaranıb. Pekin bundan ciddi narahatdır və buna görə də ÇXR qəti etirazını bildirir, səfirlik bildirib.

Mənbə: Lenta.ru

Oxşar xəbərlər