Belarus prezidenti Nikolay Lukaşenkonun Pekin Universitetində təhsil alan kiçik oğlu kursun ən yaxşı tələbəsidir. Bu barədə Pekin Universitetinin Partiya Komitəsinin katibi Hao Pinq “Belarus 1” telekanalında bildirib.
Universitet əməkdaşı qeyd edib ki, kiçik Lukaşenko çox təvazökardır və heç kimə dövlət başçısının oğlu olduğunu demir. Hao Ping Nikolayın çox yaxşı tələbə olduğunu və kursun ən yaxşı tələbəsi olduğunu vurğuladı. O, Belarus prezidentinin oğlunu “fikirli oğlan” adlandırıb.
Hao Pinq bildirib ki, Belarus Dövlət Universiteti ilə Pekin Universiteti arasında əməkdaşlıq Minsk və Pekin arasında bağlanmış müqavilələrin, iki ölkənin birgə təhsil proqramlarının praktiki həyata keçirilməsidir. O bildirib ki, Belarus Dövlət Universiteti ilə əməkdaşlığın davamı olaraq biotexnologiya üzrə birgə tədqiqat mərkəzlərinin yaradılması nəzərdə tutulur.
Mənbə: Lenta.ru