Pekində Çingiz Aytmatovun büstü açılıbbackend

Pekin Dil və Mədəniyyət Universitetində qırğız və rus yazıçısı, diplomat və ictimai xadim Çingiz Aytmatovun büstü qoyulub.

Bu barədə Sputnik Qırğızıstan məlumat yayıb.

Açılış mərasimində Qırğızıstan Prezidenti Sadır Japarov iştirak edib. Tədbirdən əvvəl o, universitetin fəxri qonaqlar kitabına yazı qoyub.

Japarov qeyd edib ki, Çingiz Aytmatovun büstünün qoyulması onun dünya mədəniyyətinə xidmətlərinin tanınmasının rəmzidir və Qırğızıstan və Çin arasında mədəni əlaqələrin möhkəmləndirilməsinə sadiqlikdən xəbər verir. O, Pekin Dil və Mədəniyyət Universitetinin müxtəlif mədəniyyətlərin və ideyaların görüş yeri kimi belə bir əlamətdar şəxsiyyətin xatirəsinin əbədiləşdirilməsi üçün ideal platforma olduğunu vurğulayıb.

Dövlət başçısı onu da əlavə edib ki, bugünkü tədbir mədəniyyətin xalqları və dövlətləri birləşdirən dil, milli-ərazi baryerlərini dəf etmək üçün unikal qabiliyyətə malik olduğunu xatırladır. Dövlət başçısı abidənin açılışının Qırğızıstan ilə Çin arasında mədəni-humanitar əməkdaşlığın inkişafına mühüm töhfə olacağına əminliyini bildirib, yazıçının büstünü yaradan çinli heykəltəraşa təşəkkür edib.