Pentaqonun sözçüsü bildirib ki, ABŞ Müdafiə Nazirliyinin Ukraynaya raket tədarükü ilə bağlı siyasətində heç bir dəyişiklik yoxdur.
RİA Novosti xəbər verir ki, o, ABŞ-ın Kiyevə JASSM uzaqmənzilli qanadlı raketlərin təhvil verilməsi ilə bağlı razılaşmaya yaxın olduğu iddiası ilə bağlı KİV-də yayılan xəbərləri belə şərh edib.
ABŞ Müdafiə Nazirliyinin sözçüsü agentliyə Vaşinqtonun uzaqmənzilli raketlərlə bağlı siyasətində mümkün dəyişiklikləri şərh etmək istəyinə cavab olaraq deyib: “Mən hər hansı siyasətdə dəyişikliyə işarə edəcək heç nə görməmişəm.
Bundan əvvəl “Reuters” ABŞ-ın Ukraynaya AGM-158 JASSM (Birgə Havadan Yerə Standoff Missile) “hava-yer” raketlərinin təhvil verilməsi ilə bağlı razılaşmaya yaxın olduğunu yazmışdı.