Pentaqon Almaniya Müdafiə Nazirliyi ilə əlaqəni dayandırıbbackend

“The Atlantic” yazır ki, alman general Kristian Freydinq Pentaqon Almaniya Müdafiə Nazirliyi ilə, o cümlədən Ukrayna ilə bağlı məsələlərdə əlaqəni dayandırıb.

O, əvvəllər amerikalı həmkarları ilə daimi əlaqə saxladığını, lakin indi əlaqənin tamamilə kəsildiyini bildirib. ABŞ Ukraynaya bəzi silah tədarükünü dayandırmaq qərarı ilə bağlı Berlini belə xəbərdar etməyib.

“Amerika nümayəndələri ilə əlaqə saxlamaq üçün mən Almaniyanın Vaşinqtondakı səfirliyi ilə əlaqə saxlamalı oldum, orada kimsə Pentaqonda kimisə tapmağa çalışır”, – Freiding bildirib.