ABŞ-ın Türkiyəyə verdiyi silahların Fələstinin radikal HƏMAS hərəkatına verildiyinə dair heç bir əlamət yoxdur. “Report” TASS-a istinadən xəbər verir ki, bunu ABŞ-ın İsrailə yardımı mövzusunda Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə ABŞ müdafiə nazirinin Yaxın Şərq məsələləri üzrə köməkçisinin müavini Dana Strole bildirib.
Onun sözlərinə görə, Birləşmiş Ştatlar Vaşinqtonun müttəfiqlərinə və ya tərəfdaşlarına verilən silahların necə istifadə olunmasına diqqətlə nəzarət edir.
“Biz Türkiyəyə verilən silahlardan hər hansı birinin HƏMAS-ın əlinə keçməsinə dair heç bir əlamət görmürük”, o vurğulayıb.
Mənbə: TASS