ABŞ prezidenti Co Bayden Suriyanın şərqində İran İslam İnqilabı Keşikçiləri Korpusu və iranyönlü qruplaşmaların hədəflərinə hava zərbələri endirilməsi barədə göstəriş verib. Bu barədə Pentaqonun rəhbəri Lloyd Ostinin bəyanatında deyilir.
“Bu gün Amerika qüvvələri Suriyanın şərqindəki hədəflərə dəqiq zərbələr endirib”, – ABŞ Müdafiə Naziri qeyd edib.
O, hücumun İraq və Suriyada Amerika hərbçilərinə qarşı davam edən hücumlara cavab olduğunu açıqlayıb.
Mənbə: A Haber