RİA Novosti agentliyinin məlumatına görə, Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn bildirib ki, ABŞ İrana qarşı əməliyyatda hərbi məqsədlərinə çatıb.
O bildirib ki, “38 günlük genişmiqyaslı döyüş əməliyyatı ərzində ABŞ qüvvələri hərbi məqsədlərinə çatıblar”.
Keyn vurğulayıb ki, bu məqsədlərə çatmaqla ABŞ illərdir öz maraqlarını təmin edib.
Daha əvvəl ABŞ prezidenti Donald Tramp İrana hücumları daha iki həftə dayandırmağa razı olduğunu açıqlayıb. Ağ Ev rəhbərinin sözlərinə görə, Vaşinqton münaqişənin həlli üçün İrandan 10 bəndlik təklif alıb və bu təklif üzərində işləməyə hazırdır.














