Yəmənin Ənsar Allah hərəkatının husi üsyançıları gəmilər Bab əl-Məndəb boğazından keçərkən ABŞ-ın iki idarə olunan raket esminesinə hücum edib.
Bu barədə Pentaqonun mətbuat katibi Patrik Rayder brifinq zamanı bildirib.
“USS Spruance və USS Stockdale idarəolunan raket esminesləri keçidi zamanı səkkiz PUA, beş gəmi əleyhinə ballistik raket və üç gəmi əleyhinə qanadlı raketlə hücuma məruz qalıb, onların hamısı uğurla vurulub”, – deyə agentlik sözçüsü bildirib.
Rayder əlavə edib ki, hücum nəticəsində Amerika gəmiləri zərər görməyib. Mətbuat katibi qeyd edib ki, esmineslərin ekipajı da xəsarət almayıb.