Pentaqon: Raket buraxılışı Pxenyanın proqramlarının “sabitliyi pozan təsirinə” işarə edirbackend

Pentaqon bildirib ki, KXDR-in iki ballistik raketinin buraxılması ABŞ, eləcə də onun regiondakı müttəfiqləri üçün dərhal təhlükə yaratmayıb.

Eyni zamanda ABŞ hərbi departamenti qeyd edib ki, bu, Pxenyanın hərbi proqramının “sabitliyi pozan təsirindən” xəbər verir.

TASS yazır ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Hind-Sakit Okean Komandanlığının geniş yayılmış bəyanatında deyilir.

Departamentin nümayəndələri bu məsələ ilə bağlı müttəfiqlər və tərəfdaşlarla sıx məsləhətləşmələrə işarə ediblər. Komandanlıq bir daha təsdiqləyib ki, “ABŞ-ın Koreya Respublikası və Yaponiyanı qorumaq öhdəlikləri sarsılmaz olaraq qalır”.

İctimai.az