Pentaqon rəhbəri Ukrayna münaqişəsinin həlli ilə bağlı açıqlama veribbackend

Pentaqonun rəhbəri Lloyd Ostin Ukraynadakı münaqişənin danışıqlar masası arxasında həll olunacağını bildirib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə o, Almaniyanın Ramşteyn hərbi bazasında Qərb ölkələrinin Kiyevə silah tədarükünün əlaqələndirilməsi qrupunun orada keçirilən növbəti iclasının yekunlarına dair mətbuat konfransında bildirib.

“Mən inanıram ki, nə vaxtsa bu münaqişə danışıqlar masası arxasında həll olunacaq, lakin o anın nə vaxt gələcəyini söyləmək çətindir”, – ABŞ Müdafiə Naziri bildirib.