ABŞ-ın müdafiə naziri Pit Heqset gələn həftə Ukrayna Əlaqə Qrupunun virtual iclasında iştirak etməyi planlaşdırır.
Bu barədə Reuters-in müxbiri İdris Əli X sosial şəbəkəsində bildirib.
“ABŞ-ın müdafiə naziri Heqsetin gələn həftə Ukrayna Əlaqə Qrupunun videokonfrans vasitəsilə keçiriləcək iclasında iştirakı gözlənilir”, – məlumatda deyilir.