Pentaqonun veb saytında dərc edilmiş ABŞ-ın 2026-cı il Milli Müdafiə Strategiyasına görə, Rusiya dünyanın ən böyük nüvə arsenalına malikdir.
Sənəddə qeyd olunur ki, “Rusiya həmçinin dünyanın ən böyük nüvə arsenalına malikdir və onu modernləşdirməyə və şaxələndirməyə davam edir”.
Pentaqon həmçinin müdafiə strategiyasına Şimali Atlantika Alyansının Avropa üzv ölkələrinin iqtisadi və hərbi potensial baxımından Rusiyanı üstələməsi fikrini də daxil edib.















